Vüqar Həşimov Memorialının altıncı turunda qarşılaşacaq rəqiblər məlum olub | |
Bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirinin 6-cı turu keçirilir. Bu turda aşağıdakı cütlüklər qarşılaşacaq: Aniş Giri (Hollandiya) - Pavel Elyanov (Ukrayna), Hou İfan (Çin) - Pentala Harikrişna (Hindistan), Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya), Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov (hər ikisi – Azərbaycan), Eltac Səfərli (Azərbaycan) - Fabiano Karuana (İtaliya). Beş turdan sonra turnirin liderlər qrupunda vəziyyət belədir: Fabiano Karuana - 4,5 xal, Aniş Giri - 4 xal, Sergey Karyakin - 3 xal. Xatırladaq ki, mayın 31-də istirahət günü idi. Turnir iyunun 4-də başa çatacaq. |
|
Xəbər 661 dəfə oxundu. |
|
|