Sumqayıtda FİFA Connect layihəsinin təqdimatı
Xəbər verdiyimiz kimi, FİFA Connect layihəsinin təqdimatı məqsədilə bağlı 5 regionda (Sumqayıt, Lənkəran, Gəncə, Ağsu, Qəbələ) və Bakıda 2016/17-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların məşqçiləri ilə görüşlər keçirilməyə başlayıb. Görüşlərdə əsas məqsəd klub və qeydiyyat aparacaq region ofislərinin funksiyalarının təqdimatı, qeydiyyatın dəqiq vaxtının elan edilməsi, proyektor vasitəsi ilə yeni qeydiyyat bazasının nümayişidir.

Artıq Sumqayıt şəhərindəki (Şimal regionunu əhatə edir) “Kapital Bank Arena”da görüş keçirilib.

Xəbər 712 dəfə oxundu.