Təmsilçimiz Fransada iki oyun keçirib
Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində iştirak edən futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası iki oyun keçirib.

İlk oyunda Türkiyə təmsilçisinə 0:6 hesabı ilə məğlub olan məktəblilərimiz növbəti qarşılaşmada İngiltərə komandası ilə heç-heçə ediblər – 1:1.

Xəbər 689 dəfə oxundu.