Azərbaycan-Kanada oyununu isveçrəli hakimlər briqadası idarə edəcək
Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində iyunun 3-də futbol üzrə Azərbaycan milli komandasının Kanada yığması ilə keçirəcəyi yoldaşlıq oyununu İsveçrə təmsilçisi FİFA referiləri idarə edəcək.

Oyunun baş kimi Saşa Amhof olacaq. Baş hakimin köməkçiləri Stefane de Almeida və Vital Jobindir. Dördüncü hakim funksiyasını isə Adrien Jaccottet yerinə yetirəcək.

Xəbər 670 dəfə oxundu.