Azərbaycan kayakçısı dünya kuboku yarışlarında iki medal qazanıb
Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən ikinci dünya kuboku yarışlarında uğurla çıxış edib.

34 yaşlı idmançımız qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub. İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıb.

Xəbər 2062 dəfə oxundu.