Ruslan Lunyov ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək
Atıcımız Ruslan Lunyov ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək.

Dünya Atıcılıq Federasiyası idmançımıza “wild card” verib. R.Lunyov Olimpiya Oyunlarında 10 və 25 metr məsafəyə atəşaçmada mübarizə aparacaq.

Qeyd edək ki, öncəki analoji yarışlarda bu növdə onun anası İradə Aşumova mübarizə aparıb və “Afina-2004”də bürünc medal qazanıb. Ananın ardınca oğulun da Olimpiadada iştirak etməsi Azərbaycanda bir ilkdir.


Xəbər 1182 dəfə oxundu.