Vüqar Həşimov Memorialının beşinci turunda Azərbaycan qrossmeysterləri öz aralarında heç-heçə oynayıblar
Mayın 30-da Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirinin 5-ci turu keçirilib.

Bu turda italiyalı qrossmeyster Fabiano Karuana Azərbaycan şahmatçısı Teymur Rəcəbova, rusiyalı Sergey Karyakin Çin nümayəndəsi Hou İfana, hollandiyalı Aniş Giri Azərbaycanın digər nümayəndəsi Eltac Səfərliyə, hindistanlı Pentala Harikrişna ukraynalı Pavel Elyanova qalib gəlib. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun oyunu heç-heçə başa çatıb.

Beş turdan sonra turnir iştirakçılarının vəziyyəti belədir: Fabiano Karuana - 4,5 xal, Aniş Giri - 4 xal, Sergey Karyakin - 3 xal, Şəhriyar Məmmədyarov, Pentala Harikrişna – hərəyə 2,5 xal, Rauf Məmmədov, Teymur Rəcəbov, Eltac Səfərli - hərəyə 2 xal, Hou İfan - 1,5 xal, Pavel Elyanov – 1 xal.

Sabah turnirdə istirahət günüdür.

İyunun 1-də keçiriləcək 6-cı turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Aniş Giri - Pavel Elyanov, Hou İfan - Pentala Harikrişna, Rauf Məmmədov - Sergey Karyakin, Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov, Eltac Səfərli - Fabiano Karuana.

Xəbər 876 dəfə oxundu.