Azərbaycan Olimpiadaya daha bir lisenziya qazandı
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb. Olqa Senyuk ölkəmizi Rio-2016-da oxatma yarışında təmsil edəcək.

Belə ki, bu yaxınlarda İngiltərədə keçirilən Avropa çempionatında 25 yaşlı idmançımız bu hüquqa yiyələnib. Qitə birinciliyinin ilk mərhələsində Senyuk və Yaylagül Ramazanova mübarizəni dayandırıb. Daha sonra yarışdan erkən kənarda qalanlar 3 lisenziya uğrunda qüvvəsini sınayıb. Ramazanova startda moldovalı Aleksandra Mirkaya uduzub - 2:6. Ancaq Olqa isveçrəli Natali Dielen (7:1), sloveniyalı Ana Umer (6:5) və isveçrəli Valentin de Giuli (7:1) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Oxatanımız türk Yasemin Anagözə (0:6) məğlub olsa da, belaruslu Anna Marusovaya (6:2) qalib gələrək 3-cü yeri tutub və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bununla da Senyuk ölkə idman tarixinə adını yazdırıb. Belə ki, buna qədər Olimpiadalarda bu idman növündə təmsil olunmamışıq.

Xəbər 1129 dəfə oxundu.