“Fiorentina” – “Napoli” görüşü “Topaz”da
“Topaz” bu günün proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, proqnozsevərlər İtaliya “A” Seriyası çərçivəsində baş tutacaq “Fiorentina” – “Napoli” görüşünə təkli oyun kimi pul qoyuluşu edə bilərlər.

“Topaz” proqramında, həmçinin 3 ikili və 36 ekspress futbol matçı yer alıb. İkili oyunlar “Mersin İdman Yurdu” – “Qalatasaray”, “Hoffenhaym” – “Maynts”, “İnter” – “Bolonya” komandaların oyunlarına şamil olunur.

Bundan əlavə, proqrama daxil olan ekspress oyunlar əsasən Avstraliya 1-ci Liqası, Türkiyə Spor Toto Super Liqası, İngiltərə Çempionlar Liqası, İtaliya “A” Seriyası, Braziliya Paulista Liqalarında keçiriləcək.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar.
“Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 1063 dəfə oxundu.