“Zirə” klubu altı futbolçusu ilə yeni müqavilə imzalayıb
Azərbaycan Premyer-liqasında debüt mövsümünü gümüş medalla başa vuran “Zirə”də heyətlə bağlı işlərə start verilib.

Artıq komandanı tərk edən və yeni müqaviləyə imza atan bəzi futbolçuların adı məlum olub. Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramov ilə yeni müqavilə imzalanıb. Futbolçuların hər birinin yeni müqaviləsi bir il müddətinədir. Həmçinin, Nelson Bonillanın daha bir il “Zirə”də qalmasına qərar verilib. Klub hücumçu ilə ötən il 1+1 il şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək, anlaşmanı daha bir illiyə uzadıb.

“Zirə” Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezie Mbah, Luis Alberto Diez və Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar aparılır.

Xəbər 652 dəfə oxundu.