Azərbaycan millisinin basketbolçusu Gürcüstan çempionu olub
“Kutaisi” klubu kişi basketbolçular arasında Gürcüstan çempionatının qalibi olub.

Azərbaycan millisinin basketbolçusu Zaur Paşayevin şərəfini qoruduğu komanda finalda “Dinamo”dan (Tbilisi) üstün olub. Həlledici seriyada hesab 2:2 olduğundan çempionun adına 5-ci matçda aydınlıq gəlib. Son oyunda rəqibini 76:71 hesabı ilə məğlub edən “Kutaisi” qızıl medalla sahib olub.

Millimizin oyun qurucusu qələbədə xüsusi pay sahibi olub. O, komandasının aktivinə 18 xal yazdırıb.

Xəbər 795 dəfə oxundu.