Futbol üzrə İspaniyanın ikinci liqasında 40-cı turun oyunları keçirilib
Futbol üzrə İspaniyanın ikinci liqasında 40-cı turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu səfərdə "Mirandes"lə qarşılaşıb. Qarşılaşma İsrafilovun komandasının qələbəsi ilə başa çatıb - 3:0. Eddi bu görüşdən əvvəlki məşqlərin birində zədələndiyi üçün, meydana buraxılmayıb.

Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 61 xalla 22 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər 646 dəfə oxundu.