“Qarabağ” klubu dörd futbolçusu ilə müqaviləni yeniləyib
Mövsümü “Qızıl dubl” ilə başa vuran “Qarabağ” futbol klubunun heyəti istirahətə buraxılıb.

Komanda müqaviləsi başa çatan Ansi Aqolli, İlqar Qurbanov, Əfran İsmayılov və Muarem Muarem ilə sazişləri yeniləyib. Futbolçular növbəti mövsümdə də “Qarabağ”ın şərəfini qoruyacaqlar.

Xəbər 670 dəfə oxundu.