“ShamkirChess 2016” superturnirində ilk tura start verilib
Mayın 26-da Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2016” superturniri start götürüb.

Püşk nəticəsində Şəhriyar Məmmədyarov ilk turda dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə üz-üzə gələcək rusiyalı Sergey Karyakinə rəqib olub.

Digər qarşılaşmalarda Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov Hou Yifan (Çin), Eltac Səfərli Pavel Elyanov (Ukrayna), Fabiano Karuana (ABŞ) isə Pentala Harikrişna (Hindistan) ilə görüşürlər.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən turnir iyunun 4-də başa çatacaq. Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək.

Xəbər 670 dəfə oxundu.