Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kiloqram, sərbəst güləş üzrə 42, 46 və 50 kiloqram çəki dərəcəsində 148 yeniyetmə pəhləvan yarışır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif edilir və yığma komandanın heyətinə cəlb olunurlar.


Xəbər 655 dəfə oxundu.