"Əsas komandada möhkəmlənmək istəyirəm"
Unibank Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Neftçi" matçında flaqmanın heyətində daha bir gənc futbolçu debüt edib. İdman.com.az saytı xəbər verir ki, qarşılaşmanın 76-cı dəqiqəsində Flavinyünu əvəzləyən Elşən Abdullayev 8 nömrəli forma ilə meydana daxil olub.

Futbolçu əsas komandada debütü ilə bağlı klubun rəsmi saytına danışıb: "Məşqçilərə öz minnətdarlığımı bildirirəm ki, mənə əsas komandada oynamaq şansı verdilər. "Sumqayıt"la matçda 15 dəqiqə meydanda oldum. Mənə göstərilən etimadı oyunumla doğrultmağa çalışacam. Məqsədim odur ki, özümü yaxşı tərəfdən göstərib əsas komandada möhkəmlənim".

Xəbər 969 dəfə oxundu.