Qəbələni daha üç legioner tərk edə bilər
Mövsüm başa çatan kimi, çempionatı üçüncü pillədə başa vuran "Qəbələ"ni bir neçə futbolçu tərk etdi. Aleksey Qay, Ermin Zets, Arif Daşdəmirov və Samir Zərgərovun növbəti mövsümdən bölgə təmsilçisinin formasını geyinməyəcəyi artıq dəqiqdir.

Amma istisna deyil ki, onlara daha bir neçə futbolçu qoşulsun. Məsələn, Vitali Vernidub, Aleksey Antonov və Dodonun da komandadan getməsi istisna olunmur. Son üç futbolçu ilə klub arasındakı danışıqlardan çox şey asılı olacaq.

Xəbər 678 dəfə oxundu.