AZAL-ın qapıçısı Moldova yığmasının heyətində saxlanıldı
Moldova yığmasının qarşıdakı Xorvatiya və İsveçrə ilə yoxlama oyunları üçün heyəti açıqlanıb. 18 oyunçudan ibarət heyətdə AZAL-ın qapıçısı Stanislav Namaşko da var.

Qeyd edək ki, moldovalılar xorvatlarla mayın 27-də, isveçrəlilərlə iyunun 3-də üz-üzə gələcəklər.

Xəbər 624 dəfə oxundu.