Yeni Zelandiya futbolu Avstraliyanı qabaqladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Okeaniya zonasında XXI əsrin ilk 10 ilində ən güclü çempionatların siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Yeni Zelandiya çempionatı həmin zonanın ən güclü yarışı sayılıb. O, 1678 xalla 7 çempionatın yer aldığı siyahıda 1-ci yerdədir. Maraqlıdır ki, Avstraliya futbolu Yeni Zelandiyadan güclü olsa da, 2-ci sayılıb. Belə ki, Avstraliya çempionatının hesabında 1165 xal var.

Xəbər 991 dəfə oxundu.