“Qarabağ”-“Neftçi” oyununun hakimləri müəyyənləşib
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan kuboku yarışlarının final oyununa təyinatlar açıqlanıb.

Oyunun baş hakimi Fariz Yusifov olacaq. Ona Yaşar Abbasov, Elman Musayev və Munis Abdullayev kömək edəcəklər. Əlavə köməkçi hakimlər funksiyasını isə Rəhim Həsənov və Ömər Paşayev yerinə yetirəcəklər.

Görüşün AFFA nümayəndəsi Elbrus Abbasov, hakim-inspektoru isə Əli Hüseynov olacaq.

Xəbər 619 dəfə oxundu.