Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunları start götürüb
“Şağan” Olimpiya Kompleksində Azərbaycan Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mərasimin fəxri qonaqları qismində Milli Məclisin deputatları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil Nazirlikləri, Milli Olimpiya Komitəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin, atletika, basketbol, badminton, stolüstü tennis, pauerliftinq, voleybol, həndbol federasiyalarının nümayəndələri, olimpiya çempionları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Xüsusi Olimpiya Komitəsinin (XOK) prezidenti Şahin Əliyev ölkəmizdə idman sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, söz açdı, bu istiqamətdə görülən işlərdən danışdı. XOK-un fəaliyyətindən bəhs edən Ş. Əliyev II Milli Oyunlar barədə məlumat verdi, proqrama daxil olan 8 idman növü üzrə yarışlarda idmançılarımıza uğurlar arzuladı.

Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı, professor Ağacan Abiyev, Milli Məclisin deputatı Xüsusi Olimpiya İcraiyyə Komitəsinin üzvü Fazil Mustafa, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov Azərbaycan idmanının inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdılar, xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını qeyd etdilər.

II Milli Oyunların rəsmi açılış mərasimindən sonra voleybol yarışları başladı. Ümumi nəticələrə görə, I divizionda Göyçay, Şəki regional proqramı, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş

uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin komandaları ilk 3 yerə sahib olublar. II divizionda Sumqayıt Regional Proqramı, Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları

məhdud uşaqlar üçün 6 saylı Respublika Xüsusi İnternat məktəbi və Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud

uşaqlar üçün 9 saylı Respublika Xüsusi İnternat məktəblərinin komandaları mükafatalayiq yerlər tutublar. III divizionda isə Nəsimi rayonu 11 saylı Xüsusi Təhsil məktəbi, Lənkəran Regional

Proqramı, Xəzər rayonu 12 saylı xüsusi internat məktəbinin komandaları ilk pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, II Milli Oyunların proqramına daxil olan yarışlara may ayının sonunda yekun vurulacaq.

Leyla QURBANOVA

Xəbər 572 dəfə oxundu.