Təlim-məşq toplanışı üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayın 23-dən 24-dək Bakıda, mayın 25-dən iyunun 5-dək isə Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçiriləcək.

Toplanışa Elşən Abdullayev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hamısı “Neftçi”), Azər Salahlı, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hər üçü “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli (hər ikisi AZAL), Elnur Cəfərov (klubsuz), Fuad Bayramov, Abbas Hüseynov, Taşkın Sertan (hər üçü “İnter”), Rəşad Əzizli (“Rəvan”), Orxan Əliyev, Budaq Nəsirov (hər ikisi “Kəpəz”), Tərlan Əhmədli, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Orxan Qurbanlı (“BFC Daugavpils”, Latviya) və Dmitri Nağıyev (“Dnipro”, Ukrayna) dəvət olunublar.

Qeyd edək ki, Elşən Abdullayev, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və Mahir Mədətov komandaya mayın 26-da, Vüqar Mustafayev, Adil Nağıyev və Budaq Nəsirov isə bir gün sonra qoşulacaq.

Xəbər 980 dəfə oxundu.