Avropa çempionatında iştirak edəcək Türkiyə millisinin heyəti açıqlanıb
Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcək Türkiyə millisinin heyəti açıqlanıb.

Baş məşqçi Fatih Terim qitə birinciliyində iştirak üçün qapıçılardan Ali Şaşal Vurala (“Əskişəhərspor”), Harun Tekina (“Bursaspor”), Onur Kıvraka (“Trabzonspor”) və Volkan Babacana (“Başakşəhər”) şans verib. Heyətdə müdafiəçilərdən Gökhan Gönül, Şener Özbayraklı, Mehmet Topal, Caner Erkin (“Fənərbağça”), Ahmet Çalık (“Gənclərbirliyi”), Çağlar Söyüncü (“Altınordu”), Hakan Balta, Semih Kaya (“Qalatasaray”), Serdar Aziz (“Bursaspor”), İsmayıl Köybaşı (“Beşiktaş”), Emre Mor (“Nordsyelland”) yer alıblar. Avropa çempionatında Gökhan Töre, Oğuzhan Özyakup, Olcay Şahan (“Beşiktaş”), Volkan Şen, Ozan Tufan, Alper Potuk (“Fənərbağça”), Yasin Öztekin, Selcuq İnan (“Qalatasaray”), Hakan Çalhanoğlu (“Bayer”), Mahmut Pekdemir (“Başakşehir”), Nuri Şahin (“Borussiya” Dortmund), Arda Turan (“Barselona”) orta xətdə mübarizə aparacaqlar. Baş məşqçi rəqib qapılarına yol tapmaq üçün hücumçulardan Burak Yılmaza (“Beyjinq Qoan”), Cenk Tosuna (“Beşiktaş”), Yunus Mallıya (“Maynts”) və Mövlüt Erdinçə (“Genqam”) şans verib.

Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək.

Xəbər 637 dəfə oxundu.