Mövsümün son turu
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq. Çempionatın həlledici - 36-cı turunun qarşılaşmaları eyni gündə keçiriləcək.

Hazırda üçüncü pillədə qərarlaşan “İnter” doğma meydanda gümüş medalları ötən tur təmin etmiş “Zirə”ni qəbul edəcək.

Üçüncü yer uğrunda mübarizə aparan digər iki komanda - “Kəpəz” ilə “Qəbələ” isə Gəncədə üz-üzə gələcək.

Çempionatın aşkar autsayderləri - “Rəvan” və “Xəzər Lənkəran” da həlledici turda bir-biri ilə üz-üzə gələcək.

Çempionatı 6-cı pillədə başa vurmaqla Avropa Liqasında Premyer Liqa vasitəsilə vəsiqə qazanmağı hədəfləyən "Neftçi" səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Çempion “Qarabağ” isə mövsümün son matçını AZAL-a qarşı keçirəcək.

Topaz Premyer Liqası
36-cı tur
20 may (cümə)

17:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov.
Gəncə şəhər stadionu.

17:00. “İnter” - “Zirə”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Bakı. “İnter Arena”.

17:00. “Rəvan” - “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov.
Bakı. “Bayıl Arena”.

19:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

19:00. “Qarabağ” - AZAL
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”.

Bombardirlər:
14 - Nelson Bonilya ("Zirə"), Dani Kintana ("Qarabağ").

Xəbər 668 dəfə oxundu.