Güləşçilərimiz bu gün daha 5 medal qazandı
Bu gün Ukrayna paytaxtında sərbəst və qadın güləşiçilər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulb. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə olduğu kimi, növbəti gündə də pəhləvanlarımız uğurlu çıxış ediblər.

«Sərbəstlər»in mübarizəsində Aleksandr Qostiyev (74 kq) qızıl, Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi - 60 kq) və Novruz Temrezov (96 kq) bürünc medal qazanıblar.
Qadın güləşçilərin rəqabətində baş mükafata 2 idmançımız sahib olub: Fatimə Baqomedova (51 kq) və Nadejda Sementsova (67 kq).

Qeyd edək ki, dünən bahadırlarımız 1 qızıl və 4 bürünc mükafat qazanmışdılar. Mariya Stadnik (48 kq) finalda olimpiya çemiponu İrina Merlenini (Ukrayna) üstələmişdi. Olesya Zamula (63 kq) Dina İvanova (72 kq), Yaşar Əliyev (55 kq) və İlya Xamikoyev 3-cü yerə çıxıblar.


Xəbər 1169 dəfə oxundu.