Hapki-do üzrə açıq Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş hapki-do üzrə açıq Bakı birinciliyi keçirilib.

Yarışda 247 idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarışda Yalçın İbrahimov, Nihad Əlizadə, Qədir Şirvanlı, Ayxan Qürbətov, Vaqif Nəbiyev və Elxan Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yaqub Hüseynov, Ruslan Ağayev, Emin Şirinov, Amin Əhmədov, Cəmil Bəkirov, Sərvan İsmayılov gümüş, İslam İsmayılov, Həsrət Qocayev, Miryusif Hüseynov, Fərid Məmmədov, Salman Muradov və Şükür İmanov bürünc medala sahib olublar.

Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.

Xəbər 580 dəfə oxundu.