Azərbaycanlı fanatlardan Renat Dadaşova dəstək
Ötən gün Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasındakı Avropa çempionatının Almaniya və İspaniya yığmaları arasındakı yarımfinal matçına azərbaycanlı futbolsevərlərin də marağı az deyildi. Bunun əsas səbəblərindən biri də Almaniya yığmasının heyətində Azərbaycan əsilli hücumçu - Renat Dadaşovun oynaması idi.

Onu dəstəkləməyə gələn yerli fanatlar hətta maraqlı banner də açmışdılar. Belə ki, "Renat Dadaşov, evə xoş gəlmisən!" yazılmış böyük banneri qapı arxasındakı sektora yerləşdirən azarkeşlərimiz bununla onu ruhlandırmış oldular. Təsadüfi deyil ki, oyunda hesabı da məhz Dadaşov açdı. Amma Almaniya yığması bu üstünlüyünü ikinci hissədə əldən verərək, 1:2 hesablı məğlubiyyətlə üzləşdi.

Xəbər 784 dəfə oxundu.