Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında sınaq imtahanları keçiriləcək
İyunun 6-dan 10-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün xüsusi qabiliyyət tələb edən bədən tərbiyəsi və idman ixtisası üzrə sınaq imtahanları keçiriləcək. İmtahanlar saat 10:00-13:00 və 17:00-19:00-da təşkil olunacaq.

Sınaq imtahanları akademiyanın stadion kompleksində və gimnastika zalında təşkil ediləcək. Sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir.

İmtahanlar zamanı abituriyentlər Akademiyanın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərlər.

Xəbər 815 dəfə oxundu.