“UEFA U-17”: Bu gün Avropa çempionatının finalçıları müəyyənləşəcək
Bu gün “UEFA U-17” Avropa çempionatının yarımfinal mərhələsinin oyunları keçiriləcək.

İlk qarşılaşma “Dalğa Arena”da Portuqaliya və Niderland yığmaları arasında oynanılacaq. Matçı slovakiyalı baş hakim Peter Kraloviç idarə edəcək. Ona Balazs Buzas (Macarıstan) və Lazaros Dimitriadis (Yunanıstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını islandiyalı Gunnar Jarl Jonsson yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi Ludovico Micallef (Malta), hakim-inspektoru isə Asim Xudiyev olacaq.

Daha sonra isə meydana Almaniya və İspaniya yığmaları çıxacaqlar. Oyunun baş hakimi Bartosz Frankovski (Polşa), onun köməkçiləri isə Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə) və Ville Nevalainen (Finlandiya) olacaqdır. Görüşün UEFA nümayəndəsi sloveniyalı Rudolf Zavrl, hakim-inspektoru isə moldovalı Vladimir Antonovdur.

Xəbər 638 dəfə oxundu.