Hakimlər üçün seminar keçirildi
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin oyunlarına təyinat almış hakim və hakim-inspektorlar üçün seminar keçirilib. Rusiyalı mütəxəssis, beynəlxalq dərəcəli hakim-inspektor Nikolay Levnikovun rəhbərliyi ilə keçirilən seminarda AÇ-nin oyunları zamanı baş vermiş mübahisəli epizodlar müzakirə olunub, oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib.

Seminarda Topaz Premyer Liqasının oyunlarına təyinat alan hakim və hakim-inspektorlar da iştirak edib.

Xəbər 619 dəfə oxundu.