Qəbələ mövsümün son oyununun hazırlığına start verdi
“Qəbələ” Topaz Premyer Liqasının 36-cı turunun “Kəpəz”lə oyununun hazırlığına start verib. Turun AZAL-la ev oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.

Ötən gün başlayan hazırlıqlarda komanda üzvləri iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici hazırlıq keçib. Digər futbolçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri mövsümün son oyununun hazırlığını sabah öz stadionunda keçirəcəyi məşqlə davam etdirəcək.

Xəbər 637 dəfə oxundu.