İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında və seminarında Azərbaycan nümayəndə heyəti iştirak edəcək
18-21 may 2016-cı il tarixlərində İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci Seminar keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcəkdir.

19 may tarixində AOK-nin İcraiyyə Şurasının üzvü olan Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Şurasının iclasında iştirak edəcəkdir.

20-21 may tarixlərində isə AOK-nin Seminarı çərçivəsində Olimpiya və Yeniyetmələr arasında Olimpiya Oyunları haqqında hesabat çıxışlarının ediləcəkdir. Tədbir çərçivəsində Atletlər komissiyaların keçirilməsi nəzərdə tutulur.

Əlavə olaraq, 2018-ci il Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışı gündəlikdə olan məsələlər sırasındadır. Rio 2016 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi hazırlıq prosesi, akreditasiya, Olimpiya kəndi və açılış mərasimi müzakirə olunacaqdır.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 38-ci Seminarının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaqdır.

Xəbər 1279 dəfə oxundu.