Kəpəzdə iki itki var
Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində Gəncə şəhər stadionunda “Qəbələ” ilə qarşılaşacaq “Kəpəz” oyuna itkilərlə çıxa bilər. Mövsümün son oyununda zədəli olan Namiq Ələsgərov ilə Julien Ebahın iştirakı sual altındadır.

“Zirə” ilə matçda oyunu davam etdirə bilməyərək əvəzlənən hər iki futbolçunun zədəsi sağalmayıb. Əzələsi dartılan oyunçular həkim nəzarəti altında müalicə olunur. Onların qarşıdakı turda oynayıb-oynamayacağına son tibbi müayinədən sonra həkimlərin raportu əsasında qərar veriləcək.

Xəbər 630 dəfə oxundu.