Bədii gimnastlar və batutçuların birgə yarışı başa çatıb | |
Milli Gimnastika Arenasında bədii gimnastların Azərbaycan çempionatı, batutçuların isə ölkə çempionatı və Bakı birinciliyi çərçivəsində yarışları başa çatıb. Bədii gimnastika üzrə yarışlarda gənclərin yaş qrupunda ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Finalda rəqabət gimnastlar İlahə Məmmədova (1-ci yer – top, gürzlər; 2-ci yer – ip, halqa), Zöhrə Ağamirova (1-ci yer – ip, halqa; 2-ci yer - top; 3-cü yer – gürzlər), Veronika Qudis (2-ci yer - gürzlər), Dərya Farşbafşəhriyari (2-ci yer – halqa; 3-cü yer – top) və Darya Sorokina (3-cü yer – ip) arasında gedib. Qızlarımız İlahə Məmmədova, Veronika Qudis, Zöhrə Ağamirova və Darya Sorokina gənclər üçün bu ilin ən mühüm yarışı olan iyunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər. Batutçuların yarışında kişi gimnastlar 1, qadın gimnastlar isə 4 yaş qrupunda mübarizə aparıblar. Kişilər arasında Hüseyn Abbasov (uşaqlar), qadınlar arasında isə Sviatlana Makştarova (böyüklər), Selcan Maqsudova (yeniyetmələr), Kamilla Rəsulova (uşaqlar) və Violetta Sorokina (kiçiklər) fərqləniblər. |
|
Xəbər 684 dəfə oxundu. |
|
|