Cüdoçularımız Avropa kuboku yarışlarında uğurla çıxış ediblər
Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

Azərbaycan millisinin mötəbər turnirdə çıxışı uğurlu alınıb. Cüdoçularımız 4 medal qazanaraq çempionatı ikinci yerdə tamamlayıblar.

Cüdoçularımız Hidayət Heydərov (73 kq), Zeym Kotsiyev (100 kq) qızıl, Rasim Əlməmmədov (60 kq) gümüş, Tural Səfquliyev (90 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Orenburqda təşkil olunan Avropa kuboku yarışlarında 19 ölkədən 261 idmançı medallar uğrunda mübarizə aparıb.

Xəbər 684 dəfə oxundu.