Qadın boksçularımız dünya çempionatında mübarizə aparacaqlar
Mayın 19-da Astanada boks üzrə qadınlar arasında dünya çempionatı start götürəcək. Yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır. Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən Azərbaycan milli komandasının heyətində 9 boksçu mübarizə aparacaq.

Astana rinqinə Əzizə Abbasova (48 kq), Anna Əlimərdanova (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Ayzanat Hacıyeva (64 kq), Məryəm Cəbrayılova (69 kq), Elena Vstropova (75 kq), Alina Hacıyeva (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) çıxacaqlar.

Komandamız Qazaxıstanın paytaxtında baş məşqçi Aleksandr Denisovun, məşqçilər İvan Yuşenkonun və Lətif Bağırovun rəhbərliyi ilə çıxış edəcək.

Mundial mayın 27-dək davam edəcək.

Xəbər 810 dəfə oxundu.