Millimizin heyətində dəyişiklik edildi
Avstriyaya təlim-məşq toplanışına yollanmağa hazırlaşan Azərbaycan millisinin sözügedən hazırlıq prosesi üçün açıqlanmış heyətində dəyişiklik baş verib. "Qəbələ"nin müdafiəçisi Elvin Camalov komandadan kənarlaşdırılıb.

O, zədələndiyi üçün millinin heyətindən çıxarılıb. Əvəzində “Kəpəz”dən Budaq Nəsirov milli komandaya dəvət olunub.

Qeyd edək ki, Robert Prosineçkinin komandası mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olacaq.

Xəbər 644 dəfə oxundu.