Yeniyetmə cüdoçularımız xatirə turnirində üç medal qazanıblar
Qazaxıstanın Aktau şəhərində xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə 8-ci ənənəvi beynəlxalq turnir keçirilib.

Azərbaycan milli komandası yarışda 9 cüdoçu ilə təmsil olunub. Yığmamız yarışı üç medalla başa vurub.

Turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən Sənan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Namiq Mirzəliyev (42 kq) və Nəriman Mirzəyev (50 kq) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Xəbər 682 dəfə oxundu.