Pevtsov Rioya lisenziya qazandı
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bununla bağlı Beynəlxalq Triatlon İttif aqı (İTU) Azərbaycan Triatlon Federasiyasına təsdiq məktubu göndərib.

İTU reqlamentinə əsasən, Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015-ci və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla, iştirak etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.
Pevtsov Azərbaycana 48-ci lisenziyanı qazandırıb.

Xəbər 687 dəfə oxundu.