Azərbaycan hakimi Avropa Liqasının oyunlarını idarə edəcək
Avropa Voleybol Konfederasiyası (CEV) Konstantin Selinə yeni təyinat verib.

Hakimimiz qadın komandaları arasında Avropa Liqasının “A” qrupunda ədaləti qoruyacaq. K.Selin Polşa-Albaniya oyununda köməkçi, Albaniya-Slovakiya və Slovakiya-Polşa matçlarında əsas hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, bu qrupda ilk dövrənin qarşılaşmaları Polşada keçiriləcək.

Xəbər 735 dəfə oxundu.