Neftçala kubok və qızıl medallarına qovuşdu
Futbol üzrə Azərbaycan Birinci Divizionunun qalibi “Neftçala” klubuna qızıl medallar və kubok təqdim olunub. 26-cı turun “Neftçala” – “Energetik” (10:0) görüşündən sonra qalib komanda qızıl medallarına qovuşub.

Kuboku və qızıl medalları qalibə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Musayev “Neftçala”nı Birinci Divizionun qalibi olması münasibəti ilə təbrik edib, kluba öz arzularını bildirib.

Xəbər 785 dəfə oxundu.