Qəbələ AZAL-la oyuna iki itki ilə çıxacaq
"Qəbələ" Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı davam etdirir. Bölgə təmsilçisi bu oyuna da itkilərlə çıxacaq.

Belə ki, Dodo və Elvin Camalov komandasına kömək edə bilməyəcək. Buna səbəb onların zədədən əziyyət çəkməsidir.

Qeyd edək ki, mayın 15-də keçiriləcək "Qəbələ" - AZAL matçı saat 18:00-da start götürəcək.

Xəbər 849 dəfə oxundu.