Dünya çempionu “Tour d`Azerbaïdjan-2016” veloyürüşündə məharətini nümayiş etdirib
Azərbaycan Velosiped İdmanı Federasiyası və “Red Bull” şirkəti tərəfindən ölkəmizə dəvət edilən BMX üzrə dünya çempionu (flatland növü) Viki Qomez "Tour d`Azerbaïdjan-2016" veloyürüşünün 5-ci mərhələsi zamanı Azadlıq Meydanında çıxış edib.

Onun çıxışı velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

İdmançı indiyədək 66 ölkədə müxtəlif tədbirlərdə iştirak edib və böyük kütləni öz fəndləri ilə təəccübləndirib. Azərbaycana ilk dəfə “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində səfər edən, amma geniş publika qarşısına çıxmayan idmançı, bu dəfə "Tour d`Azerbaidjan" yarışının xüsusi qonağı olub. O, həmçinin Respublika Velotrekində BMX növü ilə məşğul olan yerli velosipedçilərlə görüşərək onlarla fikirlərini bölüşüb və tövsiyələrini verib.

Bakıda olduğu müddət ərzində şəhərimizə, insanlarımızın qonaqpərvərliyinə, mətbəximizə heyran olduğunu deyən Viki Qomez ölkəmizə bir daha qayıdacağını söyləyib.

Xəbər 913 dəfə oxundu.