Azərbaycan atıcılarından 4 medal
“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı ilə Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları keçirilir. Qəbələnin Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil olunan turnirdə 5 dəst medalın sahibi müəyyənləşib.

Azərbaycan idmançıları bu yarışda 4 medal qazanıblar. Bu mükafatlardan ikisi “Qəbələ” klubunun idmançılarının hesabındadır. Gənc oğlanlar arasında səngər stendi yarışında bütün medalları Azərbaycan yığmasının üzvləri qazanıblar. “Qəbələ”nin stend atıcısı İsmət Sərkərov 2-ci yeri tutaraq gümüş medala yiyələnib. Bu növdə qızıla Əlimirzə Quliyev, bürüncə, Mirmömin Ağazadə sahib çıxıb. Qadınların bu gün keçirilən dairəvi stend yarışında təmsilçilərimiz daha bir medal əldə edib. Klubumuzun idmançısı Nurlana Cəfərova yığmamızın hesabına gümüş medal qazandırıb. O, bu növdə 83 xal toplamaqla buna nail olub.

Qeyd edək ki, mayın 6-16-da Qəbələnin Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən turnirdə 26 idmançı ilə təmsil olunan ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-dən 100-ə yaxın atıcı qüvvəsini sınayır.

Xəbər 796 dəfə oxundu.