“Rio-2016”da medal qazanacaq idmançılarımıza ayrılacaq mükafatın məbləği iyulda açıqlanacaq
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı və medallar üçün mükafat fondu hələ müəyyənləşməyib.

Bunu gənclər və idman naziri Azad Rəhimov mayın 12-də jurnalistlərə açıqlamasında deyib.

A.Rəhimov bildirib ki, Olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların məbləğini Azərbaycan Prezident İlham Əliyev təyin edəcək. Mükafatın məbləği iyulda ölkə başçısının imzalayacağı Sərəncama əsasən müəyyənləşəcək.

Nazir “Formula-1” üzrə Avropa Qran-prisində tras kənarlarında yerləşən evlərin eyvanlarının icarəyə verilməsinə də münasibət açıqlayıb: “Qanun buna icazə verir və icarə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Əgər xalqımızın nümayəndələri pul qazana bilirsə, niyə də olmasın?”, – deyə A. Rəhimov sözlərinə əlavə edib.

Xəbər 777 dəfə oxundu.