Güləş millimiz İrana əsas heyət ilə yollanmayacaq
Mayın 21-22-də İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. B qrupunda İran, Türkiyə və Ukrayna ilə qarşılaşacaq yığmamız ötən il qazandığı titulu qorumaq iddiasında deyil.

Hazırda ölkəsində olan Cəmşid Xeyrabadi bu dəfə Dünya Kubokuna əsas heyəti aparmayacaq. Əsas komanda olimpiya proqramına uyğun hazırlığını davam etdirəcək. Şirazda isə millimizin 2-ci, 3-cü "nömrələr"i mübarizə aparacaq.

Xəbər 808 dəfə oxundu.