İlkin Qırtımovdan xoş xəbər
Məlum olduğu kimi, mayın 11-də keçirilən “İnter” - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin müdafiəçisi İlkin Qrıtımov ağır zədə alaraq, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı. Artıq ondan xoş xəbər var.

Belə ki, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib. Ötən günü xəstəxanada keçirən İlkin Qırtımovun bu gün evə buraxılacağı və müalicəsini ambulator şəraitdə davam etdirəcəyi gözlənilir.

Xəbər 803 dəfə oxundu.