Legionerlərimiz milli komandaya dəvət aldılar
Fevralın 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, ayın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Bernard Lippert “Dalğa Arena”dakı görüşün hazırlıqlarına 23 futbolçu çağırıb.

Milliyə çağırılanlar arasında ölkə xaricində legioner həyatı yaşayan Araz Abdullayev və Amit Quluzadə də var. Berti Foqtsun əsas yığmaya çağırmayacağı oyunçular gənclər millisinə kömək edəcək.

Qapıçılar: Əyyub Əliyev (“Neftçi”), Osman Umarov (“Qarabağ”), Səlahət Ağayev (“İnter”).

Müdafiəçilər: Ruslan Tağızadə, Tərlan Quliyev (hər ikisi – “Sumqayıt”), Elvin Yunuszadə (“Neftçi”), Qara Qarayev (“Qarabağ”), Novruz Məmmədov (“Bakı”), İlkin Qırtımov, Rüstəm Abbasov (hər ikisi – “Simurq”), Zahid Quliyev (“Xəzər Lənkəran”), Əli Göydəmir (“Hannover”, Almaniya).

Yarımmüdafiəçilər: Abdulla Abasiyev, Kamil Nurəhmədov, Emin Mustafayev, Eşqin Quliyev (hamısı – “Sumqayıt”), Mirhüseyn Seyidov, Cavid İmamverdiyev (hər ikisi – “Neftçi”), Rəhman Hacıyev (“Bakı”), Araz Abdullayev (“Panionios”, Yunanıstan), Amit Quluzadə (“Kayseri Ərciyesspor”, Türkiyə).

Hücumçular: Orxan Həsənov (“Sumqayıt”), Tural İsgəndərov (“Qarabağ”).

Xəbər 992 dəfə oxundu.