U-17 futbolçularımızın Şotlandiya millisini məğlub etmələri yüksək qiymətləndirilib
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “UEFA U-17” Avropa çempionatında Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra gənclər və idman naziri Azad Rəhimov və AFFA-nın prezidenti Rövnəq Abdullayev yığmamızın üzvləri ilə görüşüblər.

Görüşdə R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik ediblər. Nazir və AFFA prezidenti ilk oyundakı böyük hesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixoloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə qazanan yığmamızın üzvlərinə təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.

Xəbər 702 dəfə oxundu.