Zərdabda futbol üzrə rayon çempionatı keçirilib
Aprelin 15-də Zərdab rayonunda ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə futbol üzrə rayon çempionatı keçirilib.

Zərdab Şəhər Mərkəzi stadionunda 300 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək, rayonda idmanın futbol növünü inkişaf etdirmək, kütləvi sağlamlıq və gənclərin asudə vaxtının səmərəli təşkili olub.

Sonda birinci yerə Məlikli kənd, ikinciyə Məmmədqasımlı kənd komandası layiq görülüb.

Xəbər 798 dəfə oxundu.